Ana səhifəyə qayıt

Məxfilik siyasəti və istifadə şərtləri

Son yenilənmə: 30 sentyabr 2026

Məxfilik siyasəti

Diplomon DİM formatında onlayn imtahan və qiymətləndirmə platformasıdır. Bu bölmə hansı məlumatı nə üçün saxladığımızı və onu kimin gördüyünü izah edir.

Topladığımız məlumatlar

MəlumatNə üçün lazımdır
Ad, soyad, e-poçt, şifrəHesabın yaradılması və giriş. Şifrə şifrələnmiş saxlanılır, onu biz də görmürük.
Mobil nömrəHesabın tanınması; bir nömrə ilə yalnız bir hesab açmaq olar.
Valideynin mobil nömrəsi (şagird)Valideyn kabinetinin şagirdlə əlaqələndirilməsi. Əlaqəni şagird özü təsdiqləyir.
Fənn və təsdiq sənədi (müəllim)Müəllim statusunun yoxlanması. Sənədi yalnız müraciəti yoxlayan admin görür.
İmtahan cavabları, ballar, sərf olunan vaxtNəticənin hesablanması və müəllimə, şagirdə, valideynə göstərilməsi.
İmtahan zamanı qeydlərTabın dəyişdirilməsi, tam ekrandan çıxma, kopyalama cəhdi kimi hadisələr imtahanın düzgünlüyü üçün qeydə alınır və müəllimə göstərilir. Kamera və mikrofon istifadə olunmur.
Cavab kartının şəkli (oflayn imtahan)Müəllimin çəkdiyi şəkil cavabların oxunması üçün süni intellekt xidmətinə (Google Gemini) göndərilir. Balı həmişə müəllim təsdiqləyir.
Ödəniş məlumatıSifariş nömrəsi, məbləğ, vəziyyət və kartın maskalanmış nömrəsi (məsələn, 4169 74** **** 1234). Kartın tam nömrəsi, müddəti və CVV kodu bizə gəlmir və saxlanmır.
Dəstək yazışması və əlavə fayllarMüraciətinizə cavab vermək üçün.
Texniki məlumatSon aktivlik vaxtı və hesabın hansı reklamdan gəldiyi (qeydiyyat anında). Xidmətin işləməsi və reklam xərcinin ölçülməsi üçün.

Məlumatı kim görür

  • Müəllim yalnız öz qrupundakı şagirdlərin adını və nəticələrini görür.
  • Valideyn yalnız əlaqəni təsdiqləmiş övladının nəticələrini və davamiyyətini görür.
  • Kurs rəhbəri yalnız öz kursunun müəllim və şagirdlərini görür.
  • Reytinq cədvəlində müəllim və kurs yalnız öz razılığı ilə göstərilir.
  • Admin texniki dəstək və yoxlama üçün hesab məlumatlarına baxa bilər; hər belə əməliyyat jurnala yazılır.

Məlumatlarınızı satmırıq və reklam məqsədilə üçüncü şəxslərə vermirik.

Xidmət göstərən tərəflər

  • Supabase — verilənlər bazası, giriş sistemi və faylların saxlanması.
  • epoint.az — kart ödənişlərinin qəbulu. Kart məlumatını epoint-in öz səhifəsində daxil edirsiniz.
  • Google Gemini — cavab kartı şəkillərinin oxunması və sual mətninin tanınması.
  • Google Analytics və Meta Pixel — yalnız cookie bildirişində icazə verdiyiniz halda.

Yetkinlik yaşına çatmayanlar

Şagirdlərin çoxu 18 yaşdan kiçikdir. Şagird hesabı valideynin və ya müəllimin məlumatı ilə açılmalıdır. Valideyn övladının hesabındakı məlumata baxmaq, düzəliş etmək və hesabın silinməsini tələb etmək hüququna malikdir.

Saxlama müddəti

Hesab məlumatı hesab mövcud olduğu müddətdə saxlanılır. Hesab silinəndə şəxsi məlumatlar 30 gün ərzində silinir; ödəniş qeydləri mühasibat tələblərinə görə qanunla müəyyən edilmiş müddətdə saxlanılır.

Hüquqlarınız

Haqqınızda saxlanılan məlumatı görmək, düzəltmək, nüsxəsini almaq və ya hesabın silinməsini tələb etmək üçün info@diplomon.az ünvanına yazın. Müraciətlərə 10 iş günü ərzində cavab veririk.

İstifadə şərtləri

Hesab

Qeydiyyatdan keçməklə bu şərtləri qəbul edirsiniz. Hesab məlumatlarını başqasına verməyin; hesabınızdan edilən əməliyyatlara siz cavabdehsiniz. Qeydiyyatda düzgün ad və nömrə göstərilməlidir.

Müəllim hesabı

Müəllim imkanları yalnız təqdim olunan sənəd admin tərəfindən təsdiqləndikdən sonra açılır. Yalan sənəd təqdim edən hesab bağlanır.

Suallar və məzmun

Müəllimin yazdığı sual həmkar yoxlamasından keçdikdən sonra ortaq sual bankına daxil olur və müəllifin adı göstərilmədən başqa müəllimlərin imtahanlarında istifadə oluna bilər. Başqasının müəllif hüququnu pozan məzmun yükləmək olmaz.

İmtahan qaydaları

İmtahan zamanı başqasının köməyindən, əlavə pəncərə və ya cihazdan istifadə qayda pozuntusudur. Pozuntular qeydə alınır və müəllimə göstərilir; nəticənin ləğvi barədə qərarı müəllim verir.

Qadağan olunan hərəkətlər

  • Sistemə icazəsiz daxil olmağa, başqasının məlumatını əldə etməyə cəhd.
  • Avtomatik proqramlarla kütləvi sorğu göndərmək, xidmətin işini pozmaq.
  • Sualları və imtahan materiallarını icazəsiz yaymaq və ya satmaq.

Bu qaydaları pozan hesab xəbərdarlıq edilmədən məhdudlaşdırıla və ya bağlana bilər.

Məsuliyyətin həddi

Platforma hazırlıq və qiymətləndirmə vasitəsidir. Buradakı nəticələr rəsmi DİM imtahanının nəticəsi deyil və qəbula zəmanət vermir. Qəbul balları bölməsindəki rəqəmlər DİM-in açıq məlumatlarına əsaslanır; rəsmi mənbə dim.gov.az-dır.

Ödəniş və qaytarma

Balans

Ödənişlər bank kartı ilə epoint.az vasitəsilə qəbul olunur və məbləğ Diplomon balansınıza yazılır. Abunəlik və ödənişli imtahanlar balansdan ödənilir. Bütün məbləğlər Azərbaycan manatı (AZN) ilədir.

Abunəlik

Müəllim və kurs paketləri seçilmiş müddət üçün balansdan ödənilir. Abunəliyi istənilən vaxt dayandırmaq olar; ödənilmiş müddət bitənədək kabinet açıq qalır.

Geri qaytarma

  • Xərclənməmiş balans müraciətdən sonra 10 iş günü ərzində ödənişin edildiyi karta qaytarılır.
  • Texniki səbəbdən xidmət göstərilmədikdə istifadə olunmamış müddətin dəyəri balansa qaytarılır.
  • Kartdan məbləğ çıxılıb, balans isə artmayıbsa, sifariş nömrəsi ilə bizə yazın — ödəniş bankla yoxlanılır və balans düzəldilir.

Müraciət üçün: info@diplomon.az. Məktubda hesabın e-poçtunu və sifariş nömrəsini (QZ- ilə başlayır) göstərin.

Sualınız var? info@diplomon.az ünvanına yazın.